Roman Polanski və Bill Kosbi Amerika Kino Akademiyasından xaric edildilər


Dünya 04 May 2018 10:16:00 301 0

Roman Polanski və Bill Kosbi Amerika Kino Akademiyasından xaric edildilər

Tanınmış rejissor Roman Polanski və aktyor Bill Kosbi Amerika Kino Akademiyasından xaric edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Kino Akademiyasının rəhbərləri zorlamada günahkar bilinən hər iki şəxsin Akademiyadan çıxarılmasına qərar verib.

"İdarə Heyəti Akademiya üzvlərindən hörmət və insan ləyaqətinə uyğun davranış qaydaları tələb edən etik standartları dəstəkləməyə davam edir", - deyə Akademiyanın bəyanatında deyilir.  

Qeyd edək ki, 84 yaşlı R. Polanski 1977-ci ildə 13 yaşlı Samanta Geymeri zorladığını etiraf edib.