Topaz Premyer Liqasında 26-cı tura start veriləcək


İdman 04 May 2018 09:48:00 320 0

Topaz Premyer Liqasında 26-cı tura start veriləcək

Bu gün futbol üzrə Topaz Premyer Liqasında XXVI tura start veriləcək.

Goal.az-ın məlumatına görə, turun ilk matçında aşağı liqaya düşməsi dəqiqləşən Kəpəz doğma azarkeşlər önündə Sumqayıt'la qarşılaşacaq.

Bu qarşılaşma komandalar arasında yubiley oyunu olacaq. Komandalar indiyədək 19 dəfə qarşılaşıblar. Gəncəlilər 5 oyunda qələbə qazanıbsa, "gənclik şəhəri" təmsilçisi 8 matçda rəqibindən üstün olub. Altı görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də Sumqayıt öndədir - 27-21. "Sumqayıt" ardıcıl 3 oyundur rəqibini məğlub edir. Kəpəz isə bu komandaya qarşı son 7 görüşdə 1 qələbə qazana bilib.

Premyer Liqa, XXVI tur

4 may (cümə)

16:00. "Kəpəz” – "Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vüsal Qənbərov, Vüqar Həsənli

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-isnpektor: Füzuli Nəcəfov

Gəncə şəhər stadionu