Velosipedçini avtomobil vurub


Digərləri 04 May 2018 08:58:00 271 0

Velosipedçini avtomobil vurub

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Saatlı rayonunda velosipedçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Əlisoltanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Mahir Şahmar oğlunu velosipedlə yolu keçmək istəyən zaman "Mercedes" markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.