Mahmud Abbas Fələstin Azadlıq Təşkilatına yenidən sədr seçilib


Dünya 04 May 2018 08:46:32 379 0

Mahmud Abbas Fələstin Azadlıq Təşkilatına yenidən sədr seçilib

Qərar Fələstin Milli Şurasının Rəmallahda keçirilən iclasında qəbul olunub

Fələstin Azadlıq Təşkilatının İcra Komitəsi Fələstin prezidenti Mahmud Abbası sədr postuna yenidən seçib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Wafa" agentliyi məlumat yayıb.

Bildirilir ki, qərar Fələstin Milli Şurasının Rəmallahda keçirilən iclasında yekdilliklə qəbul olunub.