Saatlıda velosipedçini avtomobil vurub


Sosial 04 May 2018 08:36:32 252 0

Saatlıda velosipedçini avtomobil vurub

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Saatlı rayonunda velosipedçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Əlisoltanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Mahir Şahmar oğlunu velosipedlə yolu keçmək istəyən zaman “Mercedes” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.