Meksikada daha bir mer güllələnib


Dünya 04 May 2018 05:44:21 257 0

Meksikada daha bir mer güllələnib

Qonsales Ramosa motosiklet sürücüsü atəş açıb

Meksikanın İdalqo ştatının Pakula şəhər administrasiyasının rəhbəri Alexandro Qonsales Ramos cümə axşamı öldürülüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Excelsior" portalı məlumat yayıb.

Hadisə baş verən zaman mer öz maşını ilə hərəkətdə olub. Bu zaman onun qarşısını guya qəzaya uğrayaraq yerə yıxılmış motosikletçi kəsib. Qonsales Ramos maşından düşüb və bu zaman motosiklet sürücüsü ona atəş açıb.

Merin qətlindən sonra yerli polis cinayətdə əli olan şəxslərin axtarışı üçün geniş əməliyyat həyata keçirib, lakin hələ ki, saxlanılanlar barədə məlumat yoxdur.

Aprel ayında Xalisko ştatının Xilotlan şəhər administrasiyasının rəhbəri qətlə yetirilib.