Paytaxtda beş yaşlı uşağı maşın vurub


Sosial 04 May 2018 03:13:13 332 0

Paytaxtda beş yaşlı uşağı maşın vurub

Hadisəni minik avtomobilinin sürücüsü törədib

Bakının Suraxanı rayonunda uşağı maşın vurub.

“Report” xəbər verir ki, hadisə 2013-cü il təvəllüdlü Babayev Tüncay Səlahəddin oğlu Hövsan qəsəbəsində yolu keçmək istəyən zaman baş verib.

Hadisəni minik avtomobilinin sürücüsü törədib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.