Tunisdə iki qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 60-ı yaralanıb


Dünya 04 May 2018 02:56:32 315 0

Tunisdə iki qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 60-ı yaralanıb

Yaralananlardan azı 2-si ağır vəziyyətdədir

Tunis paytaxtının ətrafında iki sərnişin qatarının toqquşması nəticəsində 1 nəfər ölüb və azı 60 nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.

Qəzanın baş verdiyi Ben-Arus əyalətinin qubernatoru ölən şəxsin qatarlardan birinin maşinisti olduğunu bildirib. Yaralanan 60 sərnişindən, ən azı 2-si ağır vəziyyətdədir.

Bildirilir ki, hazırda məlum olmayan səbəblərdən hər iki qatar eyni dəmir yolunda peyda olub.