ABŞ-da ticarət mərkəzində atışma zamanı 4 nəfər yaralanıb


Dünya 04 May 2018 00:34:33 269 0

ABŞ-da ticarət mərkəzində atışma zamanı 4 nəfər yaralanıb

Atəş açan şəxslərin iki nəfər olduğu və onlardan birinin artıq saxlanıldığı bildirilir

ABŞ-ın Neşvill şəhərində yerləşən ticarət mərkəzlərindən birində atışma baş verib.

“Report” xəbər verir ki, ilkin məlumatlara görə, silahlı insident nəticəsində 4 nəfər yaralanıb.

Atəş açan şəxslərin iki nəfər olduğu və onlardan birinin artıq saxlanıldığı bildirilir. Polis qonşuluqda yerləşən mehmanxaya giriş-çıxışı bağlayıb.