Hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən məbləğin miqdarı artırılıb


İqtisadiyyat 04 May 2018 00:04:42 310 0

Hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən məbləğin miqdarı artırılıb

Onlara ödənilən haqq hər iş saatı üçün 2 manatdan 6 manata qaldırılıb

“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərara dəyişiklik edilib.

“Report” xəbər verir ki, sənəd Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Dəyişikliyə əsasən, hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manatdan 6 manata qədər artırılıb.