Günün qoroskopu: qənaətcil olun


Digərləri 04 May 2018 00:01:00 281 0

Günün qoroskopu: qənaətcil olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yeni işlərə başlamağı planlaşdırırsınızsa, aktiv olun, süstlük etməyin. İşə nə qədər tez başlasanız, gərəkli nəticəyə bir o qədər tez çata bilərsiniz.

İşgüzar aktivliyiniz gərəkli səviyyədə olmalıdır.

Günün ikinci yarısında yaşam potensialı bir qədər zəifləyə bilər. Diqqətiniz yayınmasın. Çətinliklər yarananda müttəfiq və ya tərəfdaşlarla bağlı axtarışlar zərurəti yaranacaq.

Emosional fon stabil deyil. Pis əhvala qapılmayın, yaxınlarınızın bədbinləşməsinə səbəb olmayın. Axşam saatlarında dərinizlə bağlı problemlər yarana bilər. Özünüzü qoruyun.

Buğa - sizin üçün mühüm, önəmli insanla münasibətlərdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanların davranışını və əməllərini sərt tənqid etməyin. Sakit, təmkinli davranın. Soyuqqanlı olun. Yaşanan situasiyanı tam anlamırsınızsa, prosesin xırdalıqlarını təhlil edə bilmirsinizsə, susmağa üstünlük verin. Bir qədər gözləyin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapacaqsınız. Şəxsi münasibətlər və peşəkar fəaliyyət müstəvisindəki probelmləri vaxtında həll etməyə çalışın.

Axşam saatlarında ehtiyatlı olun. Travma alsanız, yaranız gec sağalacaq.

Əkizlər - səhər saatlarında alacağınız informasiya sizi narahat edəcək. Çətin məsələləri həll etməli olacaqsınız. Sizə yardım edənlər, dəstək verənlər olmayacaq. Maliyyə durumunuz ürəkaçan deyil. Gəlirlər də gözləntilərinizin tam əksinə olaraq, çox deyil.

Günün ikinci yarısında qohumlarla fikir ayrılığı yaranar. Münasibətləri korlaya biləcək münaqişənin yaranmasına imkan verməyin.

Axşam saatlarında sümük və oynaqlarda xroniki ağrılar yarana bilər. Səhhətinizdəki problemlər qısamüddətli olacaq.

Xərçəng - peşəkar fəaliyyətlə bağlı önəmli qərar qəbul etməlisiniz. İş yerini dəyişərək daha çox maaş verilən yerdə çalışmaq imkanı var. Amma bununla belə, iş yerini tərk edəndən sonra yeni iş yerinin ağrılı və uzunmüddətli axtarışlarına başlamaq məcburiyyətində qalmağınız da istisna deyil.

Günün ikinci yarısında qəfil maliyyə itkiləri ola bilər. İstirahət və ya əyləncələrdən imtina etməlisiniz.

Dostlarla görüş, romantik təmaslar üçün pis zaman deyil. Yaxşı bələd olduğunuz insanlarla ünsiyyət sizi sevindirəcək. Yeni tanışlarla mükalimələrdə çətinlik çəkmədən ortaq məxrəcə gələcəksiniz.

Şir - mürəkkəb, çətin, ifrat diqqət tələb edən işlərə başlamayın. Sizdən asılı olmayan səbəblər ucbatından həmin işləri başa vura bilməyəcəksiniz. Səhv və yanlışlıq ehtimalı da az deyil.

Fırıldaq qurbanı olmayın. Maliyyə baxımından uğurlu gün deyil.

Günün ikinci yarısında enerji potensialının səviyyəsi aşağı düşəcək. Adi günlərdən fərqli olaraq daha tez və çox yorulacaqsınız.

Axşam saatlarında allergik reaksiya və qida zəhərlənməsi riski var. Planlaşdırılmamış, uzaq səfərə yollanmayın.

Qız - xoşagəlməz hadisələr az deyil. Buna rəğmən fəaliyyət məcrasından çıxmayın. Qarşınıza qoyduğunuz məqsədə nəyin bahasına olursa-olsun çatmaq istəyi varsa, yolunuzdakı səd və maneələri dəf edəcəksiniz.

İşdə rəhbərliklə fikir ayrılıqları yarana bilər. Mövqelərinizi çətinliklə də olsa, qoruyun.

Günün ikinci yarısında yaxınlarınızla mübahisə etməyin. İxtilaflara yol verməmək üçün güzəştə getməyi bacarın.

Gəlirlər çox olmasa da, pulların gəlişi vaxtındadır.