Bu şəhərdə turistlərə ev kirayələmək yasaqlandı


Digərləri 03 May 2018 23:49:00 348 0

Bu şəhərdə turistlərə ev kirayələmək yasaqlandı

Palma-de-Mayorka bu mövsümdən çoxmərtəbəli binalarda turizm məqsədi ilə mənzillərin icarəyə verilməsinin qadağan ediləcəyi ilk İspaniya şəhəri olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyası məlumat yayıb.

Balear adaları və Mayorka adasının paytaxtı Palmanın Şəhər Şurası fərdi sahibkarlara çoxmərtəbəli binalarda mənzil kirayə verməyi qadağan edən qanun layihəsi qəbul edib. İyul ayından qüvvəyə minəcək qadağa tək ailələrin yaşadığı ayrıca ev və villaları nəzərdə tutmur.