Türkiyədə erkən seçki: 3 partiya ittifaq yaradıb


Dünya 03 May 2018 23:50:00 292 0

Türkiyədə erkən seçki: 3 partiya ittifaq yaradıb

Türkiyədə dörd müxalifət partiyası 24 iyunda keçiriləcək parlament seçkilərinə ittifaq halında qatılmaq qərarına gəlib.

Əsas müxalifət partiyaları olan Respublika Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası (SP) və Demokrat Partiyası (DP) seçki alyansının yaradılmasına dair razılığa gəlib.

İttifaqa qərar verən tərəflər ittifaq protokollarını 6 may tarixinə qədər Yüksək Seçki Şurasına təqdim etməlidirlər.

İYİ Partiya lideri Meral Akşeneri və CHP-dən Kılıçdaroğlu

Partiya liderləri cümə axşamı gününə təyin olunmuş mətbuat konfransında ittifaq protokolunu elan edəcəklər.