Aİ ölkələri İranla məsləhətləşmələr aparıb


Dünya 03 May 2018 23:53:00 272 0

Aİ ölkələri İranla məsləhətləşmələr aparıb

Bu gün Romada İran və Aİ ölkələrinin iştirakı ilə bölgə və Yəməndəki vəziyyətə həsr olunmuş siyasi məsləhətləşmələr aparılıb. Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ xarici siyasət xidmətinin yaydığı məlumatda bildirilir. Məlumata görə, tərəflər Brüsseldə eyni formatda görüşün keçirilməsinə dair razılığa gəliblər. 

Məsləhətləşmələr  Aİ xarici siyasət xidmətinin baş katibi Helqa Şmidin sədrliyi ilə keçirilib. Görüşdə Almaniya, İtaliya, Britaniya və Fransa XİN-nin rəhbər şəxsləri iştirak edib.

İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari rəhbərlik edib.