Qaçış üzrə dünya rekordu qazanan 102 yaşlı qadının tövsiyələri


Digərləri 03 May 2018 23:55:00 323 0

Qaçış üzrə dünya rekordu qazanan 102 yaşlı qadının tövsiyələri

Cəmi 6 il əvvəl qaçış üzrə dünya rekordu qazanan 102 yaşlı nyu-yorklu qadın həyatındakı çətinliklər və nailiyyətləri barədə memuar yazıb. İda Kellinqin yeni kitabının adı "Can't Nothing Bring Me Down" - "Məni heç nə dayandıra bilməz" dir.

İda Kellinq qaçmağa 60 yaşlarında başlayıb. 95 yaşında isə 60 metrlik məsafəni qət etməklə, yaş qrupu arasında dünya rekordu qazanıb. O, eləcə də 100 yaşında 100 metrlik məsafəni qət edən ilk qadındır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, İda Kellinqin son nəaliyyəti isə "Can't Nothing Bring Me Down" kitabıdır. Onu bir il ərzində iki oğlunun ölümündən başqa nə dayandıra bilərdi? İda Kellinq: "Onların hər ikisi vəfat etdikdən sonra mən özümü ələ ala bilmirdim. Mən gücdən düşürdüm. Getdikcə həvəsdən düşür, nə isə etmək, heç kəslə danışmaq istəmirdim. Sonra bütün bunlara görə özümü günahlandırdım."

İda qızının məsləhətinə qulşaq asdığını deyir. "Mən yenidən qaçmağa başladım. Qaçdıqca gücüm artırdı və elə bil quyudan çıxırdım. Mən bunu davam etdirdim."