İmam Zeynulabidinin anası da aşura günündə Kərbəlada idimi?


Digərləri 03 May 2018 23:10:00 240 0

İmam Zeynulabidinin anası da aşura günündə Kərbəlada idimi?

İmam Zeynulabidinin (ə) anası Şəhrəbanu və ya Şahzənan xanım sonuncu Sasani şahənşahının qızı idi. Döyüşdə müsəlmanlara əsir düşərək Mədinəyə gətirilmiş, İmam Hüseyn (ə) onunla ailə qurmuşdu.

Son.az islam.az-a istinadən bildirir ki, tarixi məlumatlara görə, bu mübarək qadın İmam Zeynulabidini (ə) dünyaya gətirən zaman vəfat etmişdi. Beləliklə, aşura faciəsindən 22 il əvvəl (hicri 38-miladi 659-cu ildə) dünyasını dəyişmişdi; Kərbəla faciəsində onun iştirak etməsi qeyri-mümkündür. Mötəbər tarixi mənbələrdə də Kərbəla əsirləri arasında Şəhrəbanu xanım haqqında məlumat yoxdur. Bəzi növhələrdə bu xanımla bağlı qeydlər, eləcə də, guya əsirlər karvanından qaçaraq dağın içində qeybə çəkilməsi barədə məlumatlar həqiqətə uyğun deyildir.