İmam Sadiqdən həyat düsturu


Digərləri 03 May 2018 23:15:00 280 0

İmam Sadiqdən həyat düsturu

İmam öz sözlərinə aydınlıq gətirərək buyurdu:

"Bəndə, Allahın ona tapşırdığı şeyi öz mülkü hesab etmədiyi zaman başqalarına paylaması Allah tərəfindən əmr olunmuş malı vermək ona asan gələr. Bəndə öz tədbirini tədbirtökənə (yəni Allaha) həvalə edəndə dünyanın çətinlikləri ona asan görünər. Bəndə öz məşğuliyyətini Allahın əmrlərini icra edib, qadağanlarından çəkinməklə məhdudlaşdırsa, özünü göstərməyə və camaatın qabağında fəxr etməyə macal tapmaz.

Əgər Allah bir kəsə bu üç neməti əta etsə, dünya işləri, İblisin hiylələri və insanların etdikləri onun üçün əhəmiyyət daşımaz, dünya malını ehtiyacından artıq toplamaz, özgələrin qabağında lovğalanmaz, başqasının əlində olan malı özü üçün istəməz. Ömrünün günlərini əbəs və mənasız işlərə həsr etməz. Bu, təqvanın birinci (ən aşağı) mərtəbəsidir. Allah-Taala bu barədə buyurur: "Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir" (Qəsəs, 83).

Son.az islam.az-a istinadən bildirir ki, söhbət bu yerə çatanda Ünvani-Bəsri dedi: "Ya Əba Abdullah! Mənə nəsihət et!"

İmam buyurdu: "Sənə doqquz şeyi tapşırıram. Bunlar mənim Allahın yolunu izləyən hər kəsə etdiyim tövsiyələrdir. Allahdan istəyirəm ki, bunlara riayət etməyi sənə qismət etsin.

Doqquz məsələnin üçü nəfsin riyazətinə (yəni ruhu müxtəlif maddi-mənəvi çalışmalarla əziyyətə salıb tərbiyə etməyə), üçü helmə (mülayimlik və dözümlülüyə), üçü isə elmə aiddir. Ey Ünvan, bunları yaxşı yadda saxla və əməl etməkdə səhlənkarlığa yol vermə!

Nəfsin riyazətinə bağlı olan üç məsələ bunlardır:

İştahın çəkməyən bir şeyi yemə! Bu iş ağıl qüvvəsini zəiflədər və şüuru azaldar.

Yalnız acıyanda ye, yalnız halal qida ye. Yeməzdən qabaq Allahın adını çək ("bismillah" söylə). Peyğəmbərin (s) bu hədisini xatırla: "İnsan oğlunun doldurduğu ən pis qab mədədir".

Yeyəndə mədənin üçdən-bir hissəsini qida üçün, o biri hissəni su üçün, axırıncı hissəni də tənəffüs (nəfəs almaq) üçün saxla.

Helmə aid olan üç məsələ bunlardır: