İsveçlilər etiraf edir: bizim küftə türk yeməyidir


Digərləri 03 May 2018 22:50:00 284 0

İsveçlilər etiraf edir: bizim küftə türk yeməyidir

İsveçin milli yeməyi sayılan İsveç küftəsinin başqa bir ölkədən - Türkiyədən gəldiyi aydın olub.

Rəsmi sweden.se Twitter hesabı bazar günü izləyicilərinə belə açıqlama edib: "İsveç küftəsi əslində Kral XII Charles tərəfindən 18-ci əsrdə Türkiyədən gətirilib. Gəlin faktları bilək!"

Xəbərə reaksiyalar arasında başqa hansı yeməklərin Türkiyəyə aid ola biləcəyi və eyni zamanda küftəsilə məşhur olan İsveçin İkea şirkəti üçün bunun nə demək olması da var.

ir çox Türkiyə mətbuat orqanları da tviti "etiraf" adlandırıb və qeyd ediblər ki, bu, Kralın İsveçə apardığı yeganə yemək deyil.

Anadolu Agentliyi İsveçin Uppsala Universitetinin araşdırmaçısına istinadən yazıb ki, Kral həmçinin Türkiyədən qəhvə dənələri və kələm dolması gətirib.

Kral Charles 1697-1718-ci illərdə hakimiyyətdə olub və deyilənə görə Rusiyaya qarşı döyüşü uduzduqdan sonra Osmanlı İmperiyasının tərkibində olan Benderdə yaşayıb.

Türkiyədə bəzi insanlar küftə ilə 2005-ci ildə açılmış mebel mağazası İkea-nın populyarlığını müqayisə ediblər.