Gənc Tamaşaçılar Teatrı Vladiqafqazda qastrol səfərindədir FOTO


Digərləri 03 May 2018 22:53:00 340 0

Gənc Tamaşaçılar Teatrı Vladiqafqazda qastrol səfərindədir  FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) Şimali Osetiyanın Vladiqafqaz şəhərində qastrol səfərindədir.

Son.az Trend-ə istinadən bildirir ki, müqaviləyə uyğun olaraq ADGTT bu il may ayının 1-6 tarixlərində Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dövlət Dram teatrının qonağıdır və kollektiv görkəmli Azərbaycan ədibi A.Şaiqin "Tıq-tıq xanım" tamaşası ilə Osetiyanın teatrın səhnəsində çıxış edir. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib ki, teatr sənətimizin müqtədir sənətkarları Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadədən sonra bu şəhərdə Azərbaycan teatrının heç bir truppası səfərdə olmayıb: "Uzun fasilədən sonra bu şəhərdə Azərbaycan teatrını təmsil etdiyimizdən çox məmnunuq".


Xəbərə aid fotolar