Parisdə maskalı şəxs atəş açıb, iki nəfər yaralanıb


Dünya 03 May 2018 21:59:12 294 0

Parisdə maskalı şəxs atəş açıb, iki nəfər yaralanıb

Yaralılardan biri gənc, digəri isə yaşlıdır

Paris ətrafında naməlum şəxs atəş açıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Parizyen" qəzeti yazıb.

Hadisə Anyer-sür-Sen və Kolomb şəhərlərinin arasında yerləşən küçədə baş verib.

Cani qara geyimdə və maskada olub. O, iki nəfəri – itlə gəzən 23 yaşlı gənci və yaxınlıqdan keçən 85 yaşlı qadını yaralayıb. Hədəfin gənc oğlan olduğu ehtimal edilir. O, ayağından güllə yarası alıb.

Ərazi mühasirəyə alınıb, maskalı şəxsin yeri hələ ki, bilinmir. İlkin olaraq, hadisənin terrorla əlaqəli olmadığı qeyd edilir.