Bu günə qədər bilmədən minlərlə böcək yemiş ola bilərikmi?


Digərləri 03 May 2018 21:50:00 406 0

Bu günə qədər bilmədən minlərlə böcək yemiş ola bilərikmi?

Böyük ehtimalla fərqinə varmadan dəfələrlə böcək yemisiniz.

Qırmızı qida boyalarının demək olar ki, hamısı əzilmiş böcəklərdən əldə edilir.

Koşenil böcəyi kimi tanınan və vətəni Cənubi Amerika olan böcəklərdən milyonlarla yetişdirilir və qida boyalarının istehsalında istifadə edilir.

Meyvəli yoqurtlardan dondurmalara, sərinləşdirici içkilərdən rəngli keks kremlərinə qədər tərkibinə qırmızı rəng qatılan, demək olar ki, bütün qidalarda koşenil böcəyinin izləri mövcuddur.

Bir çox dodaq boyasında da koşenil böcəyinin rəngindən istifadə olunur

Xüsusilə, Peruda sənaye miqyasında yetişdirilən koşenil böcəyi bir çox dodaq boyasına da qırmızı rəng verir.

Bu böcəyi qlobal qida bazarının ayrılmaz hissəsinə çevirən səbəb isə onun dayanıqlığıdır.

İnsan sağlamlığı üçün heç bir şəkildə təhlükəli olmayan koşenil böcəyinin əzilməsiylə əldə olunan qırmızı rəng temperatur dəyişikliyinə davamlıdır və canlı rəngini itirmir.

Koşenil böcəyindən əldə edilən qida boyasını dəstəkləyənlər bunun təbii məhsul olduğunu vurğulayır və kimyəvi qida boyalarındansa koşenil böcəyinin boyasının daha yaxşı olduğunu deyir.

Koşenil böcəyi kənardan tamamilə ağ görünür

Lakin onlar bu boyanın qatıldığı qidaların etiketində qırmızı rəngin necə əldə edilməsi barədə daha dəqiq yazılmalı olduğunu düşünür.