Sarkisyan Gürcüstana gedir


Dünya 03 May 2018 21:51:00 252 0

Sarkisyan Gürcüstana gedir

Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstanın müstəqillik gününə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə mayın 26-da Tbilisiyə səfər edəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə A.Sarkisyan Gürcüstanın dövlət başçısı Giorgi Marqvelaşvili ilə telefon danışığında bildirib.

A.Sarkisyanın təşəbbüsü ilə baş tutmuş telefon söhbətində Gürcüstan-Ermənistan münasibətləri müzakirə olunub. O, Gürcüstan prezidentini Ermənistandakı vəziyyət barədə məlumatlandırıb.