Deputatların maaşları artırılır


Digərləri 03 May 2018 21:53:00 206 1

Deputatların maaşları artırılır

Milli Məclis (MM) deputatlarının maaşı artırılır.

Son.az "Report"a istinadən bildirir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklik edilir.

Maaş artımına əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.