Vüsal Hüseynov bir neçə rəis və müavinləri işdən çıxardı


Digərləri 03 May 2018 21:46:00 286 0

Vüsal Hüseynov bir neçə rəis və müavinləri işdən çıxardı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov artıq ciddi kadr islahatlarına başlayıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yeni rəisin kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb.

Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.