ƏlətAstara–İran yolu 38 km qısaldıldı VİDEO


Digərləri 03 May 2018 21:26:00 280 0

ƏlətAstara–İran yolu 38 km qısaldıldı  VİDEO

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun inşası işləri bu ilin yay aylarında yekunlaşacaq. Artıq həmin yolun böyük hissəsində işlər tam yekunlaşıb. İran sərhəddinə qədər uzanacaq yolun kənarlarında maneələrin qarşısını almaq məqsədi ilə çəpərlənmə işləri də aparılıb. Hazırki Ələt-Astara yoluna paralel olaraq çəkilən yeni yol məsafəni də xeyli azaldacaq. Yeni yolun pullu olması nəzərdə tutulur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ələt-Astara yoluna paralel olaraq çəkilən və iran sərhəddinə qədər uzanan yolun tikinti işləri sürətlə davam etdirilir. Artıq yolun böyük hissəsində işlər tam yekunlaşıb. Bir-neçə hissə üzrə inşa olunan yolun 30 kilometrlik Şorsulu-Cəlilabad hissəsində son tamamlama işləri aparılır. Ümumilikdə yolun iyul avqust aylarında isitifadəyə verilməsi nəzərdə tutulub.

Ümumi uzunluğu 204 kilometr olan yol 2 gediş və 2 gəliş zolağından ibarət olacaq. Yol boyu hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədi ilə çəpərləmə işləri aparılıb. Bu məqsədlə yolun 55 əsas kənd və qəsəbədən keçən hissədə körpü və birləşmələr inşa edilib.


Xəbərə aid video