Mənzilini kirayə verib Türkiyəyə getdi, qayıdanda


Digərləri 03 May 2018 21:17:00 276 0

Mənzilini kirayə verib Türkiyəyə getdi, qayıdanda

Sumqayıtda evini kirayə verib xarici gedən şəxsin mənzili soyulub. Oğurluq hadisəsi şəhərin 76-cı məhəlləsində baş verib. Masallıda isə iki məsciddən pul oğurlayan şəxslər tutulub.

Mənzilini kirayə verib Türkiyəyə getdi, qayıdanda evin talan edildiyini gördü. Oğurluq hadisəsi Sumqayıtda baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, şəhərin 76-cı məhəllə ev 16 ünvanında yaşayan Gğnay Lətifova yaşadıgı evi bir ailəyə kirayə verib Türkiyəyə yaşamaq üçün gedib. 5 ay sonra qayıtdıqda isə evindən əşyaların oğurlandığını görüb. Mənzil sahibi iddia edir ki, onun evini elə kirayə verdiyi şəxslər soyublar.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.


Xəbərə aid video