Oğuldan DƏHŞƏTLİ ƏMƏL: Anasını


Digərləri 03 May 2018 21:18:00 263 0

Oğuldan DƏHŞƏTLİ ƏMƏL: Anasını

Mayın 2-də saat 1 radələrində Ağcabədi rayon sakini Mahirə Azadovanın yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilməsi barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Azadovanın həmin gün oğlu, əvvəllər məhkum olunmuş Elman Kərimovla aralarında münaqişə olması, Elmanın sərxoş halda anasını, habelə qardaşı oğlu Bağdan Kərimovu döyməsi müəyyən edilib.


Xəbərə aid video