İçki şüşəsini başına vurdu, sonra da bıçaqla... –


Digərləri 03 May 2018 21:09:00 227 0

İçki şüşəsini başına vurdu, sonra da bıçaqla... –

Ağdam rayonunda qətl törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Nahid Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Ağdam rayonun Qaradağlı kəndində yerləşən dönərxanada 1993-cü il təvəllüdlü Nahid Qasımov həmyerlisi, 1986-cı il təvəllüdlü Səxavət Cəfərovu qətlə yetirib.

Belə ki, sərxoş vəziyyətdə olan Nahid Qasımov içki şüşəsi ilə özündən 7 yaş böyük olan Səxavətin başına zərbələr endirib. Ağır xəsarətlər alan 31 yaşlı kişi yerə yıxılıb. Ürəyi soyumayan Nahid Qasımov daha sonra bıçaqla ona çoxsaylı zərbələr endirib. Səxavət Cəfərov hadisə yerində ölüb.

Hadisə onların arasında yaranan söyüş üstündə baş verib.

İstintaq orqanı tərəfindən Nahid Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, deyib ki, hadisə zamanı zərərçəkmiş Səxavət Cəfərov onu söyüb.

Qeyd edib ki, Səxavət Cəfərovun təhqiredici ifadələrinə dözməyib və onu bıçaqlayaraq öldürüb.

Növbəti proses mayın 11-də davam edəcək.