Goranboyda 21 yaşlı qız özünü körpüdən atdı


Digərləri 03 May 2018 20:33:00 361 0

Goranboyda 21 yaşlı qız özünü körpüdən atdı

Goranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib. Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı Bakı-Qazax magistralı üzərində yerləşən körpüdən özünü atıb.  

Ayağından sınıq xəsarətləri alan S. Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.