"Xəzər karbohidrogenlərinin Ukrayna vasitəsilə Avropaya tranziti məsələsi yenidən aktuallaşa bilər"


Siyasət 03 May 2018 20:08:00 283 0

"Xəzər karbohidrogenlərinin Ukrayna vasitəsilə Avropaya tranziti məsələsi yenidən aktuallaşa bilər"

Xəzər karbohidrogenlərinin Ukrayna vasitəsilə Avropaya tranziti məsələsi yenidən aktuallaşa bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın baş katibi Altay Əfəndiyev Ukrayna mətbuatına müsahibəsində deyib.

Baş katib bildirib ki, 1997-ci ildə GUAM yaradılanda Xəzər neftinin tranziti məsələsi prioritet deyildi:

"Əsas diqqət o zaman mövcud olan çağırışlara, narkotiklərin yayılması, silahların qanunsuz dövriyyəsi, insan alveri kimi məsələlərə yönəldilmişdi".

A.Əfəndiyevin sözlərinə görə, energetika ilə bağlı məsələlər daha sonra, Xəzər dənizində yataqların işlənməsi üzrə layihələr reallaşdırıldıqca yaranmağa başladı:

"O zaman karbohidrogenlərin Ukrayna vasitəsilə Avropaya nəqli üzrə alternativ layihələr meydana çıxdı. Amma əsasən Azərbaycanda olan neft və təbii qaz tədarükü yeni regional Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri infrastrukturuna bağlı olduğu və yeni xammal mənbələri olmadığı üçün bu cür təşəbbüslərin təşviqi dayandırılmışdı".

A.Əfəndiyev əlavə edib ki, son dövrlərdə Qazaxıstan neftinin tədarükü, Türkmənistanın Avropa ölkələrinə neft tədarükü infrastrukturuna qoşulması məsələsi bunu yenidən aktuallaşdırıb.