İsrail silah satışından 9,2 milyard dollar qazanıb


Dünya 03 May 2018 18:24:00 330 0

İsrail silah satışından 9,2 milyard dollar qazanıb

İsrail 2017-ci ildə 9,2 milyard dollar dəyərində silah satıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu göstərici 2016-cı illə müqayisədə 40 faiz çoxdur.

İsrailin hərbi ixracının əsas sahələri raket quruculuğu və hava hücumundan müdafiə sistemi (31%), radarlar və radioelektron mübarizə (17%), modernləşdirmə və avionika (14%) və digərləridir.