Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş III Tələbələrarası Məntiq Olimpiadası start götürüb (FOTO)


Digərləri 03 May 2018 18:25:00 498 0

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş III Tələbələrarası Məntiq Olimpiadası start götürüb (FOTO)

“Veysəloğlu Qrup”un baş sponsorluğu ilə III Tələbələrarası Məntiq Olimpiadası start götürüb.

Bakı. “Veysəloğlu Qrup”un baş sponsorluğu, Xəzər Universitetinin akademik tərəfdaşlığı, Kainat Tədris Mərkəzinin və ATGTİ-nin birgə layihəsi olan III Tələbələrarası Məntiq Olimpiadası start götürüb. “Veysəloğlu Qrup”dan Trend-ə verilən məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan olimpiadanın ilk turunda ölkənin müxtəlif universitetlərinin tələbələri final mərhələsinə yüksəlmək uğrunda mübarizə aparıblar. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin inzibati binasında baş tutan Məntiq Olimpiadasının birinci mərhələsində ümumilikdə 3177 tələbə iştirak edib və final mərhələsinə 200 nəfər vəsiqə qazanıb.