Azərbaycanlı aktrisa “Diriliş Ərtuğrul”a çəkilir


Şou-biznes 03 May 2018 18:12:00 413 0

Azərbaycanlı aktrisa “Diriliş Ərtuğrul”a çəkilir

Aktrisa Könül Nağıyeva Türkiyənin məşhur serialı "Diriliş Ərtuğrul"a çəkilir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aktrisa özü xəbər verib. O bildirib ki, TRT-də yayımlanan bu ekran işində rol almaq onun üçün önəmlidir. Könül eyni zamanda canlandırdığı obrazdan da danışıb.

Aktrisa monqol ovçu Alanqoyu canlandıracaq. O, hiylə ilə Ərtuğrulun yanına daxil olub, öz əcdadlarının intiqamını almağa çalışacaq. Rolu üçün Könül saçlarını kəsdirib, xəncərlə oynamağı və at çapmağı öyrənib.