DGK-nın iki idarə rəisi sərəncama götürülüb


Digərləri 03 May 2018 18:15:00 300 0

DGK-nın iki idarə rəisi sərəncama götürülüb

İki vəzifəli şəxs ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər.

Bakı. Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müvafiq əmrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər. Bu barədə Trend-ə DGK-dan məlumat verilib.