Azərbaycanda şərab turizmi inkişaf etdiriləcək


Digərləri 03 May 2018 18:02:00 275 0

Azərbaycanda şərab turizmi inkişaf etdiriləcək

Azərbaycanda şərab turizmi inkişaf etdiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2018-ci il 3 may tarixli sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında deyilir.

Plana əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyinə 2018-2025-ci illərdə şərabçılıq məhsulları üzrə milli brendlərin yaradılması və müvafiq qaydada qeydiyyatının təmin edilməsi, Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına şərab turizminin inkişaf etdirilməsi tapşırılıb.

Həmçinin Tədbirlər Planında 2018-2019-cu illərdə yerli və xarici texniki üzüm sortlarının artırılması üçün Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun yüksək məhsuldar tinglik təsərrüfatlarının bərpası nəzərdə tutulur.