Tyaqo Barcelona-ya qayıtmaq istəyir


İdman 03 May 2018 17:56:00 288 0

Tyaqo Barcelona-ya qayıtmaq istəyir

Bayern Munchen-in yarımmüdafiəçisi Tyaqo Alkantara 2008-13-cü illərdə şərəfini qoruduğu Barcelona klubuna qayıda bilər. Goal.az xəbər verir ki, "Mundo Deportivo" nəşri onun komandada statusundan narahat olduğunu yazıb. Tyaqo Bavariya-nın ehtiyat qüvvəsi hesab olunur. Qeyd olunur ki, futbolçunun agenti Barcelona ilə əlaqə saxlasa da, danışıqlar aparılmayıb. Onu Münhen klubuna gətirən Pep Qvardiola hazırda Manchester City-ni çalışdırır. Birt ara City-nin də Tyaqoya maraq göstərdiyi deyilirdi.