Ronaldo sevgilisinə bahalı hədiyyə alıb


İdman 03 May 2018 17:38:00 289 0

Ronaldo sevgilisinə bahalı hədiyyə alıb

Real Madrid və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo rəfiqəsi Corcinya Rodriqezə etdiyi bahalı hədiyyə ilə diqqət mərkəzinə düşüb. Goal.az xəbər verir ki, 33 yaşlı futbolçu Rodriqezə 650 min funt dəyərində üzük bağışlayıb. Cartier zərgərlik markasından olan zinət əşyasına Corcinya sosial şəbəkədə reaksiya verib. Bu, portuqaliyalı ulduzun gözündən yayınmayıb. Ronaldo ötən il 265 min avro üzüklə ona evlənmə təklifi etmişdi.