GUAM ölkələrinin hökumət başçılarının növbəti iclasının tarixi məlum oldu


Siyasət 03 May 2018 17:20:00 320 0

GUAM ölkələrinin hökumət başçılarının növbəti iclasının tarixi məlum oldu

GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın üzv ölkələrinin hökumət başçılarının növbəti iclası iyun ayında keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın baş katibi Altay Əfəndiyev Ukrayna mətbuatına müsahibəsində deyib.

A.Əfəndiyev bildirib ki, baş nazirlər gələn ay Moldovanın paytaxtı Kişinyovda görüşəcək.

Baş katib əlavə edib ki, bu il GUAM üzv ölkələrinin dövlət başçılarının sammiti keçirilə bilər.