31 yaşlı Şirvan sakini itkin düşdü FOTO


Digərləri 03 May 2018 17:24:00 282 0

31 yaşlı Şirvan sakini itkin düşdü  FOTO

31 yaşlı Şirvan sakini itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, Şirvan şəhər sakini, 31 yaşlı Vasif Nağıyev cari il aprelin 28-də yaşadığı evdən siqaret çəkmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.

V.Nağıyevin əlamətləri belədir: Boyu 172 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, boz rəngli şalvar və qara ayaqqabı olub.


Xəbərə aid foto