İtaliya A Seriyasında ev oyunlarına ən çox azarkeş gələn klub məlum olub


İdman 03 May 2018 17:03:00 298 0

İtaliya A Seriyasında ev oyunlarına ən çox azarkeş gələn klub məlum olub

Bu mövsüm İtaliya A Seriyasında ev oyunlarına ən çox azarkeş cəlb edən komanda İnter-dir. Goal.az xəbər verir ki, "nerazzurri"nin 18 ev oyununa, ümumilikdə, 1 milyon 26 min 177 nəfər azarkeş gəlib.

Milan təmsilçisi cari çempionatda milyon səddini keçən yeganə klubdur. İkinci yerdə 17 ev oyununu 894 min 502 nəfər izləyən Milan qərarlaşıb. “Üçlüy”ü 17 qarşılaşmasına 719 min 503 nəfər gələn Napoli qapayır..

Son çempion və 35 turdan sonra 88 xalla lider olan Juventus-un 17 görüşünü isə 658 min 917 nəfər tribunadan izləyib.