MDU-nun Analitik Mərkəzi Ramiz Mehdiyevin kitabına həsr olunmuş məqalə dərc edib


Sosial 03 May 2018 16:53:43 280 0

MDU-nun Analitik Mərkəzi Ramiz Mehdiyevin kitabına həsr olunmuş məqalə dərc edib

Azərbaycanlı akademikin monoqrafiyası tarix elmində erməni fırıldaqçılığına qarşı mübarizə baxımından çox böyük əhəmiyyət kəsb edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzi Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydaları" adlı kitabına həsr olunmuş məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, azərbaycanlı akademikin monoqrafiyasında Azərbaycan və Ermənistan xalqlarının etnogenez prosesi nəzərdən keçirildiyindən o, tarix elmində erməni fırıldaqçılığına qarşı mübarizə baxımından çox böyük əhəmiyyət kəsb edir.

Bununla yanaşı, məqalədə Azərbaycan Prezident Administrasiyasının rəhbərinin monoqrafiyasında Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal edilmiş torpaqların Azərbaycan xalqına mənsub olmasının elmi cəhətdən əsaslandırıldığı göstərilir.