Məşhur şirkətin Azərbaycan üzrə rəhbərini hədələyərək pul tələb edən şəxslər saxlanıldı FOTO


Digərləri 03 May 2018 16:51:00 236 0

Məşhur şirkətin Azərbaycan üzrə rəhbərini hədələyərək pul tələb edən şəxslər saxlanıldı  FOTO

Məhşur energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbərinə hədə-qorxu gələrək ondan pul tələb edən şəxslər polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin məhsulları barədə həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacaqları və həmin biznes strukturlarını ictimaiyyət arasında nüfuzdan salacaqları adı altında hədələyərək onlardan qanunsuz olaraq pul tələb edən şəxslərə qarşı daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən məhşur sərinləşdirici energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbəri Məmməd və Fikrət adlı iki nəfərin istehsal etdikləri içkinin içərisindən guya ölü siçan çıxması barədə video çəkəcəkləri və həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə onu hədələdiyi barədə məlumat verib. Həmin şəxslər bu böhtan xarakterli, həqiqətə uyğun olmayan videonun yayılmaması üçün şirkət rəhbərindən 50 min dollar pul tələb ediblər.


Xəbərə aid fotolar