Azərbaycandan Həccə getmək istəyənlərin sayı 1000ə çatdı


Digərləri 03 May 2018 16:48:00 262 0

Azərbaycandan Həccə getmək istəyənlərin sayı 1000ə çatdı

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 1000-ə qədər insan müraciət edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.

Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 1000-ə qədər insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələlik təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.