"Karraqer kimi bir adam məni necə tənqid edə bilər?"


İdman 03 May 2018 16:45:00 297 0

"Karraqer kimi bir adam məni necə tənqid edə bilər?"

Manchester United-in yarımmüdafiəçisi Maruan Fellaini hazırda televiziyada çalışan Ceymi Karraqerin onu tənqid etməsinə münasibət bildirib. Goal.az xəbər verir ki, belçikalı havbek Karraqer kimi insanların tənqid etməyə haqqı çatmadığına işarə vurub.

"Ceymi Karraqer kimi bir adam məni necə tənqid edə bilər? Bu şəxs Manchester United - Liverpool oyunundan sonra avtomobilindən qıza tüpürmüşdü. Əslində tənqid inkişafa kömək edir. Daha çox çalışmağa başlayır və insanlara sübut etməyə çalışırsan ki, sənin barəndə səhv fikirdədir. Mənim üçün əsas odur ki, azarkeşlər son illər United-in qazandığı titullarda hansı rolu oynadığımı bilir".