Üç azərbaycanlı qadın İraqda ömürlük azadlıqdan məhrum edildi


Kriminal 03 May 2018 16:37:00 258 0

Üç azərbaycanlı qadın İraqda ömürlük azadlıqdan məhrum edildi

İraqın Mərkəzi Cinayət Məhkəməsi bu gün müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan səkkiz qadını İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak etdiklərinə görə ömürlük həbs cəzasına məhkum edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmə Şurasının hakimi Abdel Səttar Beyrakdar məlumat verib.

Onun sözlərinə görə, terrorçu qadınların üçü Türkiyədən, üçü Azərbaycandan, biri Özbəkistandan, biri isə Suriyadan olub.