SanktPeterburqda azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı


Kriminal 03 May 2018 16:29:00 266 0

SanktPeterburqda azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları aprelin 30-da şəhərin "Apraksin dvor" bazarı yaxınlığında öldürülən azərbaycanlının qətlində şübhəli bilinən şəxsi saxlayıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin Mətbuat xidmətindən bildiriblər.

KİV-in məlumatına görə, aprelin 30-da axşam saatlarında Sankt-Peterburqun mərkəzində törədilən qətl hadisəsi iki azərbaycanlı arasındakı münaqişə nəticəsində baş verib. Münaqişə tərəflərindən birinin digərinə bir neçə dəfə atəş açdığı bildirilir. Məlumata görə, onların hər ikisi "Lotu Quli" kimi tanınan azərbaycanlı "kriminal avtoritet"lə bağlıdırlar.