Astarada yol qəzasında üç nəfər xəsarət alıb


Sosial 03 May 2018 16:10:04 255 0

Astarada yol qəzasında üç nəfər xəsarət alıb

Faktla bağlı araşdırma aparılır

Astara rayonunda yol qəzası baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə,Ələt-Astara magistralının Çayoba kənindən keçən hissəsində "VAZ 2107" markalı avtomobil "Tofaş" markalı avtomaşınla toqquşub. Nəticədə üç nəfər xəsarət alıb. Bunlar 1991-ci il təvəllüdlü Astara rayon sakini Qənbərov Emin Baloğlan oğlu, Biləsuvar rayon sakinləri 1990-cı il təvəllüdlü Orucov Muxtar Yusif oğlu və 1989-cu il təvəllüdlü Abbasov Elmar İmamverdi oğludur. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan biri Nəqliyyat departamentinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.