Hacıqabulda avtomobil dağdan aşdı:


Digərləri 03 May 2018 16:04:00 276 0

Hacıqabulda avtomobil dağdan aşdı:

Hacıqabulda avtomobil dağdan aşıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul rayonunun Udulu kəndi ərazisində "QAZ-66" markalı avtomobil dağdan aşıb. Nəticədə avtomobilin sürücüsü, Qubanın Xınalıq kənd sakini, 50 yaşlı Babayev Zakir Cümşüd oğlu hadisə yerində ölüb. 

Avtomobildə olan Xınalıq sakini, 1992-ci il təvəllüdlü Sənan Babəli oğlu Babəliyev isə xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.