"İnsanların təbiətə müdaxiləsi sürüşmə sahələrinin sayını artırır" Nazirlik


Digərləri 03 May 2018 15:41:00 326 0

"İnsanların təbiətə müdaxiləsi sürüşmə sahələrinin sayını artırır"  Nazirlik

"Azərbaycanda insanların təbiətə müdaxiləsi sürüşmə sahələrinin sayını artırır".

Son.az xəbər verir ki, bunu Trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, sürüşmənin baş verməsinin əsas səbəblərindən biri əhalinin həmin yerlərdə məskunlaşmasıdır:

"Məsələn, Abşeron rayonunun hazırda "Nübar" qəsəbəsi adlanan ərazisində bir necə il əvvəl evlər yox idi, onda ərazidə heç sürüşmə də yox idi. Əhalinin məskunlaşması birbaşa olaraq, insanın təbiətə müdaxiləsini artırır. İnsan məskunlaşdıqda ev tikmək üçün yamacı kəsir, kanalizasiya şəbəkəsi olmadığı üçün istifadə olunan çirkab sularını əraziyə axıdır. Buna görə də insanların təbiətə müdaxiləsi sürüşmə sahələrinin sayını artırır".

Nazirlik rəsmisi əlavə edib ki, hazırda nisbi aktivliyin davam etdiyi Suraxanı rayonunun Zığ qəsəbəsindəki sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsindəki ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə insanlar yaşayır.