ATVnin aparıcısı əməliyyat olundu


Şou-biznes 03 May 2018 15:17:00 287 0

ATVnin aparıcısı əməliyyat olundu

Aparıcı, vəkil Zülfiyyə Bayramova əməliyyat olunub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü xəbər verib. Bildirib ki, mədəsində şiş olduğu üçün bıçaq altına yatıb:

"Onkoloji xəstəlik xəbəri eşidirsən və qarşına səni ondan xilas edəcəyini deyən gülərüz həkim çıxır. Heç bir xəstəlikdən qorxmayın. Xəstəlik it kimidir, qorxsan üstünə gələcək, üstünə getsən, qaçacaq. Ağır onkoloji əməliyyatım 4 saat çəkdi".

Qeyd edək ki, Z.Bayramova aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.


Xəbərə aid foto